Azərbaycanın büdcə gəlirlərində vergi-gömrük orqanlarının payı 60 %-ə çatdırılıb
Maliyyə
- 01 iyul, 2024
- 13:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yenidən baxılmış və bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat məbləğində proqnozlaşdırılır ki, bunun da 21 milyard 705 milyon manatını və yaxud 59,65 %-ni vergi-gömrük orqanları təmin edəcək.
"Report" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcə öhdəliyi 13 milyard 865 milyon manatdan 15 milyard 270 milyon manata, Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi isə 5 milyard 900 milyon manatdan 6 milyard 435 milyon manata çatdırılıb.
Beləliklə, büdcə gəlirlərindəki 2 milyard 215 milyon manat artımın 1 milyard 940 milyon manatı və yaxud 87,6 %-i vergi-gömrük orqanlarının üzərinə qoyulub.
Son xəbərlər
09:35
"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
Futbol
09:29
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Energetika
09:24
Foto
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil
09:22
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
Futbol
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026)
Maliyyə