​Azərbaycanın bu ilin ilk rüblük tədiyyə balansı mənfi saldo ilə nəticələnib

​Azərbaycanın bu ilin ilk rüblük tədiyyə balansı mənfi saldo ilə nəticələnib "Report": II rübdə isə mənfi saldonun 2-2,5 mlrd. dollar olacağı proqnozlaşdırılır
Maliyyə
8 İyul , 2015 14:23
​Azərbaycanın bu ilin ilk rüblük tədiyyə balansı mənfi saldo ilə nəticələnib

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanın 2015-ci ilin ilk rübü üzrə tədiyyə balansı 4 591 mln. ABŞ dolları həcmində mənfi saldo ilə nəticələnib. Yəni, hesabat rübündə ölkədən bu həcmdə kapital axını olub. Qeyd edək ki, keçən ilin son rübündə tədiyyə balansı mənfi saldoya keçib və 1 193 mln. dollar təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, mənfi saldonun yaranmasında əsasən 2014-cü ilin III rübündən etibarən dünya bazarında başlayan neftin ucuzlaşması ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, 2015-ci il I rübündə tədiyyə balansının cari hesab komponentinin 58 mln. dollar müsbət saldo ilə nəticələndiyini görürük. Müqayisə üçün bildirək ki, keçən ilin analoji dövründə cari hesab 3 333 mln. dollar müsbət saldo ilə tamamlanıb. Əsas azalan bənd isə neft-qaz sektorundakı ixrac olub. Burada azalma keçən ilin analoji dövrü ilə müqayisədə 3 342 mln. dollar və ya 47%-dir. Digər cari hesab komponentlərində isə önəmli dəyişikliklər qeydə alınmayıb.

Bununla yanaşı bildirək ki, maliyyə hesabında ciddi artım baş verib. Belə ki, 4 364 mln. dollar olan maliyyə hesabı keçən ilin analoji dövrü ilə müqayisədə 6,1 dəfə artıb. Bu da AMB-nin valyuta bazarına müdaxiləsi ilə izah olunur. Maliyyə hesabındakı azalmaya balanslaşdırıcı maddədə olan 285 mln. dolları da əlavə etdikdə tədiyyə balansı 4 591 mln. dollar kəsirlə bitmiş olur.

"Report"un analitik qrupu bütün bunlara baxmayaraq qeyd edir ki, II rüb üçün proqnozlar bir qədər pozitivdir: "Çünki II rübdə neftin qiyməti 70 dollar/barelə qədər artıb, idxalda isə müəyyən azalma müşahidə olunub. Nəticədə, II rübdə 2-2,5 mlrd. dollarlıq mənfi saldo olacağı proqnozlaşdırılır".

Son xəbərlər

Orphus sistemi