Azərbaycanın BSTDB qarşısındakı öhdəlikləri azalıb

Azərbaycanın BSTDB qarşısındakı öhdəlikləri azalıb Azərbaycanın bu maliyyə qurumunun kapitalında payı 5,03%-dir
Maliyyə
4 Oktyabr , 2016 16:46
Azərbaycanın BSTDB qarşısındakı öhdəlikləri azalıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) qarşısındakı ödənməmiş xərcləri ötən ilin sonu ilə müqayisədə 9,403 mln. avro və ya 7,48% azalaraq 116,384 mln. avroya (iyunun sonuna) düşüb. 

“Report”un Banka istinadən verdiyi xəbərə görə, Azərbaycanın BSTDB qarşısında yerinə yetirilməmiş öhdəliklərində də azalma müşahidə edilib. Belə ki, 2015-ci il dekabrın 31-i ilə müqayisədə Azərbaycanın bu qəbildən olan öhdəlikləri 16,603 mln. avro yaxud 34,17% azalaraq 31,994 mln. avroya enib.

Qeyd edək ki, Banka üzv olan 11 ölkədən biri olan Azərbaycanın bu maliyyə qurumundakı kapitalı 100 mln. avrodur. Bu isə 1 990 mln. avroluq kapitala malik BSTDB-nin ümumi kapitalının 5,03%-i deməkdir.

Son xəbərlər

Orphus sistemi