Azərbaycanın bank sektorunun xalis mənfəəti 9 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 9 % artıb Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 400,8 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
26 İyul , 2022 16:10
Azərbaycanın bank sektorunun xalis mənfəəti 9 % artıb

Azərbaycanın bank sektoru bu ilin I yarısında 400,8 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

6 ay ərzində bankların əməliyyat gəlirləri 1 791,9 milyon manat (1 il əvvələ nisbətən 25,5% çox), əməliyyat xərcləri 1 155,4 milyon manat (27% çox), xüsusi ehtiyatlara ayırmaları 146,8 milyon manat (65,3% çox), gözlənilməz xərcləri 0,4 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 88,3 milyon manat (40,6% çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi