Azərbaycanın bank sektorunun xalis mənfəəti 39 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 39 % artıb Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 345,2 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
23 May , 2023 11:20
Azərbaycanın bank sektorunun xalis mənfəəti 39 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 345,2 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çoxdur.

4 ay ərzində bankların əməliyyat gəlirləri 1 472 milyon manat (1 il əvvələ nisbətən 28,8 % çox), əməliyyat xərcləri 936,5 milyon manat (26,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 101,7 milyon manat (4,2 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 88,9 milyon manat (55,7 % çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi