Azərbaycanın bank sektorunun xalis mənfəəti 21 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 21 % artıb Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 492,6 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
22 Avqust , 2022 11:52
Azərbaycanın bank sektorunun xalis mənfəəti 21 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 492,6 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

7 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 131,5 milyon manat (1 il əvvələ nisbətən 27,45 % çox), əməliyyat xərcləri 1 milyard 362,3 milyon manat (26,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 162 milyon manat (42,4% çox), gözlənilməz xərcləri 0,4 milyon manat (1 il bundan əvvəl gəlirlər olub), mənfəət vergisi ödəmələri isə 114,1 milyon manat (58,7% çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi