Azərbaycanın bank sektorunun aktivləri 28 %-dək artıb

Azərbaycanın bank sektorunun aktivləri 28 %-dək artıb Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 660,7 milyon manat təşkil edib.
Maliyyə
29 Noyabr , 2022 09:56
Azərbaycanın bank sektorunun aktivləri 28 %-dək artıb

Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 660,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 27,7 % çoxdur.

Bankların aktivlərinin 18 milyard 285,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 23,4 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,4 %-dən 40,9 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 30,6 % artaraq 39 milyard 230,7 milyon manata, o cümlədən depozit portfeli 34 % artaraq 32 milyard 192,1 milyon manata çatıb. Bunun 11 milyard 256,6 milyon manatı fiziki, 20 milyard 935,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 29,2 %, şirkətlərin banklardakı vəsaitləri isə 36,7 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 27,4 % azalaraq 268,6 milyon manat olub.

Sektorun balans kapitalı isə 10 % artaraq 5 milyard 430 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi