Azərbaycanın bank sektorunun aktivləri 2% artıb

Azərbaycanın bank sektorunun aktivləri 2% artıb Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri30 541milyon manat təşkil edib.
Maliyyə
24 İyul , 2020 11:56
Azərbaycanın bank sektorunun aktivləri 2% artıb

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 541 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 1,9% çoxdur.

Bankların aktivlərinin 12 868,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 9,9% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,05%-dən 42,1%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 2,2% artaraq 25 938,4 milyon manata, o cümlədən depozit portfeli 2,9% artaraq 19 381,7 milyon manata çatıb. Bunun 7 592,3 milyon manatı fiziki, 11 789,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,1% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 15,6% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 84,1% artaraq 382,4 milyon manat olub.

Sektorun balans kapitalı isə 0,1% artaraq 4 602,6 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi