Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 34 526,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 12,8 % çoxdur.
Bankların aktivlərinin 14 312,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 43%-dən 41,45%-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 14,1% artaraq 29 655,2 milyon manata, o cümlədən depozit portfeli 22,05% artaraq 23 650 milyon manata çatıb. Bunun 8 663,6 milyon manatı fiziki, 14 986,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 28,5% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 3,6% azalaraq 370,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 5,3% artaraq 4 871,3 milyon manat təşkil edib.