Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfə artırıb

Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfə artırıb Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 97,9 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
221
31 Mart , 2020 11:25
Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfə artırıb
0 : 00
0 : 00

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 97,9 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99% və yaxud təxminən 2 dəfə çoxdur.

İki ay ərzində bankların əməliyyat gəlirləri 443,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 6,1% çox), əməliyyat xərcləri 286,2 milyon manat (9,9% çox), xüsusi ehtiyatlara ayırmaları 41,9 milyon manat (58% az), mənfəət vergisi ödəmələri isə 17,9 milyon manat (59,8% çox) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi