Azərbaycanın avtomobil bazarı iştirakçısının səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 22 oktyabr, 2024
  • 11:47
Azərbaycanın avtomobil bazarı iştirakçısının səhmləri üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 25-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda yüngül avtomobillər və ağır texnika üçün mühərrik və sürtgü yağlarının, akkumulyator və şinlərin, filtr və digər ehtiyat hissələrinin satışı ilə məşğul olan "Caspian Equipment Company” ASC-nin 100 000 manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 22-24 oktyabr tarixlərində - 3 iş günü ərzində olacaq.

Prosesin anderrayteri “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 100 000 manatdan 200 000 manata çatacaq.

Xatırladaq ki, "Caspian Equipment Company" 2019-cu ildə yaradılıb. Onun səhmdarı 100 % Eldəniz Rüstəmovdur.

Son xəbərlər

Bütün Xəbər Lenti