Azərbaycanın aparıcı energetika müəssisəsinin xalis mənfəəti 2 dəfə azalıb

Maliyyə
  • 06 oktyabr, 2021
  • 13:20
Azərbaycanın aparıcı energetika müəssisəsinin xalis mənfəəti 2 dəfə azalıb

“Bakelektro” ASC 2020-ci ili 13 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər veir ki, bu, 2019-cu illə müqayisədə 2,2 dəfə azdır.

Ötən il “Bakelektro”nun vergiyəqədərki mənfəəti 16,2 milyon manat (əvvəlki ilə nisbətən 2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 3,2 milyon manat (2,2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakelektro”nun aktivləri 38,177 milyon manat olub ki, bu da illik müqayisədə 11,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10,8% azalaraq 24,968 milyon manata düşüb, balans kapitalı isə 2,1 dəfə artaraq 13,21 milyon manata çatıb.

Xatırladaq ki, “Bakelektro” 1998-ci ildə 70 ildən artıq fəaliyyət göstərən “Azərsənayəelektrikquraşdırma” trestinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 61,6 min manatdır. Şirkət iri və kiçik həcmli zavod və fabriklər, sənaye və iaşə obyektləri, metro stansiyaları, hava limanları, mehmanxana və çoxmərtəbəli iş mərkəzləri, yaşayış binaları, idman və konsert kompleksləri və stadionların daxili və xarici elektrik təchizatı, orta gərginlikli elektrik sistemlərinin, alçaq gərginlikli enerji paylama sistemlərinin, zəif axın sistemlərinin, torpaqlama sistemlərinin, avtomatika sistemlərinin quraşdırılması, xidmət göstərilməsi, həmçinin 110, 35, 10 və 6kV-luq yarımstansiyaların inşası ilə məşğuldur.

44 filmi