Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə xərclərinin strukturu açıqlanıb

Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə xərclərinin strukturu açıqlanıb Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 %, 2023-cü ilin faktiki icra göstəricisi il
Maliyyə
24 May , 2024 22:42
Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə xərclərinin strukturu açıqlanıb

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 %, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3 milyard 249,4 milyon manat və ya 8,9 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58 %-i həcmində və ya 23 milyard 024,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat və ya 1,4 %, 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2 milyard 756,3 milyon manat və ya 13,6 % çox), əsaslı xərclərə ümumi xərclərin 38,7 %-i həcmində və ya 15 milyard 387,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 307,1 milyon manat və ya 27,4 % çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 %-i həcmində və ya 1 milyard 295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677 milyon manat və ya 34,3 % az) vəsait yönəldiləcək.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz bənd azalacaq.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7 milyard 788 milyon manata qarşı 9 milyard 902,7 milyon manat və ya 2 milyard 114,7 milyon manat (27,2 %), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6 milyard 421milyon manata qarşı 7 milyard 126,3 milyon manat və ya 705,3 milyon manat (11 %), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1 milyard 390,3 milyon manata qarşı 1 milyard 750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 %), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2 milyard 956,7 milyon manata qarşı 3 milyard 058,4 milyon manat və ya 101,7 milyon manat (3,4 %), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard102,6 milyon manata qarşı 1 milyard 202,6 milyon manat və ya 100 milyon manat (9,1 %), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 %) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4 milyard 822,2 milyon manata qarşı 4 miıyad 542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 %), səhiyyə xərcləri təsdiq olunmuş 1 milyard 871,3 milyon manata qarşı 1 milyard 863,3 milyon manat və ya 8 milyon manat (0,4 %), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4 milyard 542,2 milyon manata qarşı 4 milyard 391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 %) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi