Azərbaycanın 19 sığortaçısının məcmu aktivləri 1% artıb

Azərbaycanın 19 sığortaçısının məcmu aktivləri 1% artıb “Meqa Həyat Sığorta” istisna olmaqla, qalan 19 sığorta şirkətinin məcmu aktivləri 1 212,766 milyon manatdır
Maliyyə
6 Aprel , 2021 09:49
Azərbaycanın 19 sığortaçısının məcmu aktivləri 1% artıb

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 212,766 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 0,8% çoxdur.

2020-ci ildə sığortaçılardan 13-ü aktivlərini artırıb, 5-i azaldıb, 1 şirkət – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə 2019-cu ildə bazarda olmadığı üçün onun aktivlərinin və digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 8,5% artaraq 457,615 milyon manat, məcmu qısamüddətli aktivləri isə 3,4% azalaraq 755,151 milyon manat olub. 9 şirkət uzunmüddətli aktivlərini, 12 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 0,7% artaraq 768,243 milyon manat təşkil edib. Sığortaçılardan 13-də öhdəliklər artıb, 5-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 7,3% azalaraq 672,727 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 2,5 dəfə artaraq 95,515 milyon manat olub. 12 şirkət uzunmüddətli öhdəliklərini, 13 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 1,1% artaraq 444,523 milyon manata, məcmu nizamnamə kapitalı isə 0,9% artaraq 324,188 milyon manata çatıb. Bazar iştirakçılarından 12-si balans kapitalını, 1-i – “Naxçıvan Sığorta” ASC isə nizamnamə kapitalını artırıb.

Son xəbərlər

Orphus sistemi