Azərbaycanın xarici maliyyə kəşfiyyatı orqanları ilə məlumat mübadiləsinin həcmi 3 dəfədən çox artıb

Azərbaycanın xarici maliyyə kəşfiyyatı orqanları ilə məlumat mübadiləsinin həcmi 3 dəfədən çox artıb 2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 64 ölkənin xarici maliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərib.
Maliyyə
21 Oktyabr , 2024 16:53
Azərbaycanın xarici maliyyə kəşfiyyatı orqanları ilə məlumat mübadiləsinin həcmi 3 dəfədən çox artıb

2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 64 ölkənin xarici maliyyə kəşfiyyatı orqanlarına 126 sorğu və spontan məlumat göndərib.

“Report” bu barədə MMX-ya istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 2 dəfə və 3,4 dəfə çoxdur.

Bu məlumat mübadiləsinin 48,4 %-i Türkiyə, Rusiya, ABŞ, Ukrayna, BƏƏ, İsveçrə, Gürcüstan, Belarus, Litva, İtaliya, Böyak Britaniya və Kiprin, 51,6 %-i isə 52 digər ölkənin payına düşüb.

Bundan başda, 2023-cü ildə Xidmətə 25 xarici ölkənin maliyyə kəşfiyyatı orqanından 57 məlumat daxil olub ki, bu da 2022-ci ilə nisbətən müvafiq olaraq 13,8 % və 6,6 % azdır. Daxil olmuş məlumatların 24,6 %-i Rusiyanın, 12,3 %-i Türkmənistanın, 10,5 %-i Latviyanın, 7 %-i Almaniyanın, 5,3 %-i Ukraynanın, 3,5 %-i İtaliya, Çexiya və Maltanın, 1,8 %-i isə müvafiq olaraq Hindistan, Estoniya, Lixtenşteyn, Türkiyə, Norveç, Niderland, Man adası, Seyşellər, BƏƏ, Bəhreyn, Polşa, İsrail, Belarus, Vanuatu, Kipr, Filippin və Macarıstanın, 36,8 %-i isə digər ölkələrin payına düşüb.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi