Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb Ötən ay Azərbaycandan Gürcüstana 2,17 mln. dollar pul köçürülüb.
Maliyyə
15 Noyabr , 2019 13:01
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 2,17 mln. dollar pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.

Qonşu ölkəyə Azərbaycandan daxil olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 1,42% təşkil edib. İllik müqayisədə Azərbaycandan Gürcüstana daxil olan pul vəsaitlərinin həcmi 17,11% artıb.

Oktyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 153,2 mln. dollar pul daxil olub ki, bu da ötən ilin eyni göstəricisindən 11,5% çoxdur. Ölkəyə ən çox pul köçürmələri 37,86 mln. dollar olmaqla Rusiyadan göndərilib.

Son xəbərlər

Orphus sistemi