Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfədən çox artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfədən çox artıb Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 5,3 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib
Maliyyə
15 Fevral , 2021 11:01
Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfədən çox artıb

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 5,3 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Sənədə əsasən, bu, illik müqayisədə 3,6 milyon dollar və yaxud 3,1 dəfə çoxdur.

Ötən ay Gürcüstandan Azərbaycana isə 1,1 milyon dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisinə nisbətdə 0,1 milyon dollar və yaxud 8,1% azdır.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən 150 milyon dollar, Gürcüstandan xaricə isə 17,2 milyon dollar pul köçürmələri olub.

Son xəbərlər

Orphus sistemi