Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfə artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfə artıb Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 6 milyon ABŞ dolları təşkil edib
Maliyyə
15 Mart , 2021 12:49
Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfə artıb

Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 6 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Yanvar-fevral aylarında isə Azərbaycandan qonşu ölkəyə 11,3 milyon ABŞ dolları daxil olub ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.

Fevral ayında Gürcüstandan Azərbaycana 1,3 milyon ABŞ dolları, yanvar-fevralda isə 2,4 milyon ABŞ dolları köçürülüb. İki ay üzrə köçürmələrdə 0,1 milyon dollar azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi