Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 48,1 milyon dollar pul köçürülüb.
Maliyyə
15 Dekabr , 2020 11:20
Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb

Bu ilin noyabr ayında Azərbaycandan Gürcüstana 5,5 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Ötən ay Azərbaycan Gürcüstana xaricdən pul köçürmələrində 3,2% paya malik olub.

Hesabat ayında Gürcüstandan Azərbaycana isə 1,4 milyon dollar məbləğində pul köçürmələri həyata keçirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,1 milyon dollar çoxdur.

Noyabrda xarici ölkələrdən Gürcüstana 169,9 milyon dollar (illiik müqayisədə 12,5% çox), Gürcüstandan xarici ölkələrə isə 21,9 milyon dollar (0,1% az) pul göndərilib.

Bu ilin yanvar-noyabr aylarında isə Azərbaycandan Gürcüstana pul köçürmələrinin məbləği 48,1 milyon dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 milyon dollar və yaxud 2,4 dəfə çoxdur.

11 ay ərzində Gürcüstandan Azərbaycana pul köçürmələrinin məbləği isə 14,6 milyon dollara bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 14% çoxdur.

Son xəbərlər

Orphus sistemi