Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 37,3 milyon ABŞ dolları məbləğində pul köçürülüb
Maliyyə
15 Oktyabr , 2020 11:37
Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 37,3 milyon ABŞ dolları məbləğində pul köçürülüb

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 milyon dollar və yaxud 2,3 dəfə çoxdur.

Yanvar-sentyabrda ən az pul köçürmələri 1,7 milyon dollar olmaqla yanvar, ən çox pul köçürmələri isə 7,4 milyon dollar olmaqla sentyabrda həyata keçirilib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 11,7 milyon dollar köçürülüb ki, bu da illik müqayisədə 1,5 milyon dollar və yaxud 14,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi