Azərbaycandan Gürcüstana builki pul köçürmələrinin həcmi 16 mln. dolları ötüb

Azərbaycandan Gürcüstana builki pul köçürmələrinin həcmi 16 mln. dolları ötüb Tbilisi. 15 noyabr. REPORT.AZ/ Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan Gürcüstana 16 mln. 265,7 min. dollar həcmində pul köçürülüb.
Maliyyə
15 Noyabr , 2018 16:04
Azərbaycandan Gürcüstana builki pul köçürmələrinin həcmi 16 mln. dolları ötüb

Tbilisi. 15 noyabr. REPORT.AZ/ Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan Gürcüstana 16 mln. 265,7 min. dollar həcmində pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Yalnız oktyabr ayında isə Azərbaycandan qonşu ölkəyə 1,86 mln. dollar həcmində pul köçürmələri daxil olub. Bu da aylıq müqayisədə 19,2% çoxdur.

Yanvar-oktyabr ayları ərzində Gürcüstandan Azərbaycana 10 mln. 017,8 min dollar, təkcə ötən ay isə 1 mln. 035,2 min dollar köçürülüb.

İlin ilk 10 ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 1,2 mlrd. dollardan çox pul vəsaiti daxil olub. Oktyabrda isə qonşu ölkəyə 137,2 mln. dollar pul köçürülüb. İllik müqayisədə aylıq pul köçürmələrinin həcmində 11,6% artım qeydə alınıb.

Gürcüstana ən çox pul köçürmələrinin daxil olduğu ölkələrin siyahısında Rusiya birinci yeri tutub. Yanvar-oktyabr aylarında bu ölkədən Gürcüstana 375 mln. 962 min dollar, təkcə ötən ay isə 39,66 mln. dollar məbləğində pul köçürülüb. 

Son xəbərlər

Orphus sistemi