Bu ilin yanvar-iyun aylarında kart infrastrukturunun inkişafında da müsbət tendensiya müşahidə edilib. İyulun 1-nə ölkədə 2 867 bankomat, 60 381 ədəd POS-terminal mövcud olub ki, bunlar da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,9% və 8,1% çoxdur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, ötən il iyunun sonuna təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52,9%-ni təşkil etdiyi halda, bu il iyunun sonuna bu göstərici 64,9% olub.
Ödəniş terminallarının sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarımilinin sonuna bankların quraşdırdığı ödəniş terminallarının sayı illik müqayisədə 17% artaraq 1 978 ədəd təşkil edib.