Azərbaycandakı POS-terminalların 53%-i təmassız ödənişləri dəstəkləyir

Azərbaycandakı POS-terminalların 53%-i təmassız ödənişləri dəstəkləyir Ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər nəticəsində təmassız ödəniş infrastrukturunda ciddi irəliləyişlər müşahidə olunur.
Maliyyə
18 Avqust , 2020 18:04
Azərbaycandakı POS-terminalların 53%-i təmassız ödənişləri dəstəkləyir

Ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər nəticəsində təmassız ödəniş infrastrukturunda ciddi irəliləyişlər müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 26%-i (2,3 mln ədəd), POS-terminalların isə 53%-i (29,5 min) təmassız ödənişləri dəstəkləyir. Qeyd edək ki, 2018-ci ilin analoji dövründə bu göstəricilər müvafiq olaraq 7% (409 min ədəd) və 32% (21 min ədəd) olub.

Son xəbərlər

Orphus sistemi