Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,01 milyon manat zərərlə başa vurub.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10 dəfə azdır.
9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,9 milyon manat (illik müqayisədə 11,8% az), xərcləri 0,7 milyon manat (demək olar ki, dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1,2 milyon manat (təxminən 10% çox) təşkil edib.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 14,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,4% azdır. Bunun 12,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 8,8% kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 13,8% azalaraq 5 milyon manata, balans kapitalı isə 5,15% azalaraq 9,2 milyon manata düşüb.