Azərbaycandakı kredit ittifaqlarının zərəri 77 % artıb

Azərbaycandakı kredit ittifaqlarının zərəri 77 % artıb Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,53 milyon manat zərərlə başa vurub.
Maliyyə
24 Oktyabr , 2024 11:13
Azərbaycandakı kredit ittifaqlarının zərəri 77 % artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,5 milyon manat zərərlə başa vurub.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,6 % çoxdur.

9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 1 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (20 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % azdır. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,8 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 8,3 % azalaraq 3,3 milyon manata, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi