Azərbaycandakı kredit ittifaqlarının zərəri 25 % artıb

Azərbaycandakı kredit ittifaqlarının zərəri 25 % artıb Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,5 milyon manat zərərlə başa vurub.
Maliyyə
19 Aprel , 2023 16:30
Azərbaycandakı kredit ittifaqlarının zərəri 25 % artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,5 milyon manat zərərlə başa vurub.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 25 % çoxdur.

Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,7 milyon manat (illik müqayisədə 12,5 % az), xərcləri 0,3 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 0,9 milyon manat (12,5 % çox) təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 13,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 % azdır. Bunun 11,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 8,9 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 26,5 % azalaraq 3,6 milyon manata, balans kapitalı isə 1 % azalaraq 9,5 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi