Azərbaycandakı investisiya şirkətlərinin sahib(lər)i kimlərdir?

Azərbaycandakı investisiya şirkətlərinin sahib(lər)i kimlərdir? Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 11 investisiya şirkəti fəaliyyət göstərir ki, bunlardan da 5-i fiziki şəxslərə məxsusdur.
Maliyyə
22 İyul , 2021 12:02
Azərbaycandakı investisiya şirkətlərinin sahib(lər)i kimlərdir?

Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 11 investisiya şirkəti fəaliyyət göstərir ki, bunlardan da 5-i fiziki şəxslərə məxsusdur.

“Report” xəbər verir ki, söhbət "CPM-İnvest İnvestisiya Şirkəti" və "MFX-Trading İnvestisiya Şirkəti" ASC-lərdən, eləcə də "AzFinance İnvestisiya Şirkəti", "İnvest-Az İnvestisiya Şirkəti" və "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-lərdən gedir.

Qalan 6 investisiya şirkəti isə hüquqi şəxslərə məxsusdur. Bunlardan 4-nün - "BTB Kapital" və "Unicapital" ASC-lərin, eləcə də "ABB-İnvest" və "Xalq Kapital" QSC-lərin sahibləri banklardır.

"Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin səhmdarları 2 xarici invstisiya şirkəti, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin səhmdarı isə daxil olduğu eyni adlı holdinqdir.

İnvestisiya

şirkətinin

adı

Şirkətin təşkilati hüquqi forması

Şirkətin fəaliyyətə başladığı il

Şirkətin nizamnamə kapitalı (manatla)

Şirkətin səhmdar(lar)ı

1

ABB-İnvest

QSC

2020

3 000 000,00

100% - "Azərbaycan Beynəlxalq Bankı" ASC

2

Azfinance

QSC

2014

1 550 000,00

100% - Abid Məmmədov

3

BTB Kapital

ASC

2018

1 000 000,00

100% - "Bank BTB" ASC

4

CPM-İnvest

QSC

2021

400 000,00

100% - Kəmalə Məmmədova

5

Xalq Kapital

QSC

2007

420 000,00

100% - “Xalq Bank” ASC

6

İnvest-AZ

QSC

2006

2 254 590,00

74% - Elşən Quliyev,

26% - Ceyhun Abdullayev

7

MFX-Trading

ASC

2020

500 000,00

40% - Anar Nəbiyev,

34% - Cəmşid Novruzov,

26% - Zərifə Həsənova

8

PAŞA Kapital

QSC

2012

300 000,00

100% - “PAŞA Holdinq” MMC

9

Plato Capital and Co.

ASC

2002

816 000,00

99% - "Plato Capital International Limited" investisiya şirkəti (Böyük Britaniya),

1% - “Fubies Bia Investments Limited” investisiya şirkəti (BƏƏ)

10

PSG-Kapital

QSC

2012

6 250 000,00

100% - Faiq Məmmədov

11

Unicapital

ASC

2007

300 000,00

100% - “Unibank” ASC

Son xəbərlər

Orphus sistemi