Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2021)
- 02 noyabr, 2021
- 09:06
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-oktyabr aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 11 milyard 466 milyon 758 min 845 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 4 milyard 131 milyon 701 min 899 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 2 milyard 090 milyon 493 min 012 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 1 milyard 402 milyon 968 min 851 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 milyard 008 milyon 943 min 468 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 776 milyon 074 min 995 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 426 milyon 692 min 893 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 361 milyon 477 min 558 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 164 milyon 869 min 020 manatla"PSG Kapital İnvestisiya Şirkəti" QSC və 56 milyon 288 min 162 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 11 466 758 845 |
| 2 | Unicapital | 4 131 701 899 |
| 3 | BTB Kapital | 2 090 493 012 |
| 4 | AzFinance | 1 402 968 851 |
| 5 | ABB-İnvest | 1 008 943 468 |
| 6 | CPM-İnvest İnvestisiya Şirkəti | 776 074 995 |
| 7 | Xalq Kapital | 426 692 893 |
| 7 | İnvest-Az | 361 477 558 |
| 8 | PSG Kapital | 164 869 020 |
| 9 | MFX Trading | 56 288 162 |
| 10 | Plato Capital and Co. | - |