Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2020)
- 04 noyabr, 2020
- 11:33
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-oktyabr aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 8 643 311 624 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 1 744 182 619 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 145 344 393 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 053 477 160 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 621 673 077 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 576 618 656 manatla “İnvest-AZ İnvestisiya Şirkəti" QSC və 188 579 767 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 8 643 311 624 |
| 2 | Unicapital | 1 744 182 619 |
| 3 | AzFinance | 1 145 344 393 |
| 4 | BTB Kapital | 1 053 477 160 |
| 5 | Xalq Kapital | 621 673 077 |
| 6 | İnvest-Az | 576 618 656 |
| 7 | PSG Kapital | 188 579 767 |
| 8 | Plato Capital and Co. | - |