"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-oktyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 7 442 430 607 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 3 180 880 163 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 562 246 515 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 225 420 842 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 585 830 207 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 419 115 686 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 209 131 567 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 7 442 430 607 |
2 | AzFinance | 3 180 880 163 |
3 | Xalq Kapital | 1 562 246 515 |
4 | İnvest-Az | 1 225 420 842 |
5 | Unicapital | 585 830 207 |
6 | PSG Kapital | 419 115 686 |
7 | BTB Kapital | 209 131 567 |
8 | Kapital Menecment | - |