"Bakı Fond Birjası" QSC bu ilin yanvar-noyabr aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 9 840 849 627 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 1 856 720 296 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 242 392 608 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 202 588 488 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 693 310 537 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 641 590 686 manatla “İnvest-AZ İnvestisiya Şirkəti" QSC, 213 077 698 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 10 980 manatla "ABB-İnvest İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ |
İnvestisiya şirkətləri |
Əməliyyatların həcmi, AZN |
1 |
Paşa Kapital |
9 840 849 627 |
2 |
Unicapital |
1 856 720 296 |
3 |
AzFinance |
1 242 392 608 |
4 |
BTB Kapital |
1 202 588 488 |
5 |
Xalq Kapital |
693 310 537 |
6 |
İnvest-Az |
641 590 686 |
7 |
PSG Kapital |
213 077 698 |
8 |
ABB-İnvest |
10 980 |
9 |
Plato Capital and Co. |
- |