Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyul, 2019)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyul, 2019) "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-iyul ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Maliyyə
20 Avqust , 2019 18:48
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyul, 2019)

"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-iyul ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 5 401 409 2019 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 1 867 528 061 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 207 306 493 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 009 077 004 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 425 799 993 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 269 351 751 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 97 846 101 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 5 401 409 2019
2 AzFinance 1 867 528 061
3 Xalq Kapital 1 207 306 493
4 İnvest-Az 1 009 077 004
5 Unicapital 425 799 993
6 PSG Kapital 269 351 751
7 BTB Kapital 97 846 101
8 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi