Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2019)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2019) "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-avqust ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Maliyyə
5 Sentyabr , 2019 15:27
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2019)

"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-avqust ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 6 309 855 214 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 2 357 547 262 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 333 977 733 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 009 571 102 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 480 148 615 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 328 128 531 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 125 227 157 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 6 309 855 214
2 AzFinance 2 357 547 262
3 Xalq Kapital 1 333 977 733
4 İnvest-Az 1 070 571 102
5 Unicapital 480 148 615
6 PSG Kapital 328 128 531
7 BTB Kapital 125 227 157
8 Kapital Menecment -

Son xəbərlər

Orphus sistemi