Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-aprel, 2018)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-aprel, 2018) Bakı. 14 may. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-aprel ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Maliyyə
14 May , 2018 15:13
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-aprel, 2018)

Bakı. 14 may. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-aprel ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2 107,189 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.

Növbəti yerlərdə 2 055,296 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 1 802,105 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 655,263 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 536,035 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 218,243 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 2,107,189,269
2 Unicapital 2,055,295,560
3 İnvest-Az 1,802,105,287
4 AzFinance 1,655,263,352
5 Xalq Kapital 536,034,447
6 PSG Kapital 218,242,521
7 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi