Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar, 2022)
- 03 fevral, 2022
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar ayında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 867 091 491 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 330 878 276 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 211 985 835 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 198 280 431 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 79 444 124 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 72 869 533 "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 67 568 916 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 21 506 493 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 4 728 287 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların dəyəri (manatla) |
| 1 | PAŞA Kapital | 867 091 491 |
| 2 | ABB-İnvest | 330 878 276 |
| 3 | Unicapital | 211 985 835 |
| 4 | CPM-İnvest | 198 280 431 |
| 5 | AzFinance | 79 444 124 |
| 6 | Xalq Kapital | 72 869 533 |
| 7 | BTB Kapital | 67 568 916 |
| 8 | PSG Kapital | 21 506 493 |
| 9 | İnvest-Az | 4 728 287 |
| 10 | MFX Trading | - |