Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 30 % artıb

Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 30 % artıb Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin bu il yanvarın 1-nə məcmu aktivləri 242,182 milyon manat təşkil edib.
Maliyyə
8 İyun , 2023 12:00
Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 30 % artıb

Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin bu il yanvarın 1-nə məcmu aktivləri 242,182 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 30,2 % çoxdur.

Hesabat dövründə investisiya şirkətlərindən 4-ü – “ABB-İnvest”, “MFX-Trading”, “Plato Capital and Co.” və “PSG Kapital” aktivlərini azaldıb, qalanları isə artırıb.

Ötən ilin sonuna investisiya şirkətlərinin məcmu öhdəlikləri 203,146 milyon manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 33,9 % çoxdur. Maliyyə qurumlarından 4-ü – “ABB-İnvest”, “Plato Capital and Co.”, “PSG Kapital” və “Xalq Kapital” öhdəliklərini azaldıb, qalanları isə artırıb.

Hesabat tarixinə investisiya şirkətlərinin məcmu balans kapitalı isə 39,037 milyon manat təşkil edib. Bu da illik müqayisədə 13,9 % çoxdur. Maliyyə qurumlarından 4-ü – “MFX-Trading”, “Plato Capital and Co.”, “PSG Kapital” və “Unicapital” balans kapitalını azaldıb, qalanları isə artırıb.

Bu il yanvarın 1-nə investisiya şirkətlərinin məcmu nizamnamə kapitalı isə 18,49 milyon manat olub. Bu isə ötən il yanvarın 1-nə nisbətən 7,3 % çoxdur. Maliyyə qurumlarından 4-ü – “Capital Partners”, “İnvest-AZ”, “MFX-Trading” və “Troni” nizamnamə kapitalını artırıb, qalanları sabit saxlayıb.

Son xəbərlər

Orphus sistemi