Azərbaycandakı investisiya qoyuluşlarından bank kreditlərinin xüsusi çəkisi artıb

Azərbaycandakı investisiya qoyuluşlarından bank kreditlərinin xüsusi çəkisi artıb Sərmayəyə yönəldilən bank kreditləri 28,8% artıb
Maliyyə
1 Mart , 2017 16:48
Azərbaycandakı investisiya qoyuluşlarından bank kreditlərinin xüsusi çəkisi artıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarda bank kreditlərinin xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz bəndi artaraq bu ilin yanvar ayında 8,2%-ə yüksəlib.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay maliyyə mənbələrindən əsas kapitala yönələn investisiyaların 8,2%-ni və ya 78,6 mln. manatını bank kreditləri təşkil edib. Bu, illik müqayisədə 28,8% çoxdur. 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 954,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 31,5%-ini təşkil edib.

Son xəbərlər

Orphus sistemi