Azərbaycandakı fintexlər kütləvi ödəniş sistemlərinə birbaşa çıxış istəyir

Azərbaycandakı fintexlər kütləvi ödəniş sistemlərinə birbaşa çıxış istəyir "Azərbaycandakı fintex şirkətlərinə kütləvi ödəniş sistemlərinə birbaşa çıxış verilsə, onlar daha da inkişaf edər".
Maliyyə
29 Sentyabr , 2022 11:24
Azərbaycandakı fintexlər kütləvi ödəniş sistemlərinə birbaşa çıxış istəyir

"Azərbaycandakı fintex şirkətlərinə kütləvi ödəniş sistemlərinə birbaşa çıxış verilsə, onlar daha da inkişaf edər".

“Report” xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda qurumun İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.

"Digər məsələ fintexlərin fəaliyyətinin maliyyə xidməti kimi qəbul olunmasıdır. Bu, onları əlavə dəyər vergisi (ƏDV) ödəməkdən azad edər, son nəticədə həm bizə, həm də partnyorlarımıza qənaət etməyə imkan verər. Başqa bir məsələ isə ölkədəki banklarla daha sıx əməkdaşlıq qurulmasıdır. Onlar gələcəkdə kiçik fintexləri alsalar və bu sahədə uğurlu olsalar, sektorun inkişafına təkan olar. Bankların infrastrukturu güclüdür və onlar tənzimləyici qarşısında daha reputasiyalı, daha güclü mövqeyə sahibdir. Fintexlərdə isə banklar üçün cəlbedici məqamlar var. Onlar daha çevikdir, daha geniş seqmentlərə uyğunlaşdırılmış həllərə malikdir ki, bunlar da bankların işinə çox yarayar", - deyə o, qeyd edib.

Bundan başqa, R.Talıbovun sözlərinə görə, son vaxtlar rəhbərlik etdiyi assosiasiya "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birlikdə fintex sahəsininn inkişafı üçün kifayət qədər addımlar atır: "O cümlədən AMB bu məsələdə həm təşkilatçı, həm də tənzimləyicidir. Sahənin inkişa fı üçün qurunun hazırladığı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsi fintexlər üçün kifayət qədər əlavə imkanlar yaradacaq, onların inkişafına ciddi təkan verəcək".

Son xəbərlər

Orphus sistemi