​Azərbaycandakı bankların şəffaflıq üzrə renkinqi

​Azərbaycandakı bankların şəffaflıq üzrə renkinqi "Report" bankların açıqladığı və gizlətdiyi maliyyə göstəricilərini müəyyənləşdirib
Maliyyə
21 Dekabr , 2015 14:39
​Azərbaycandakı bankların şəffaflıq üzrə renkinqi

Bakı. 21 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının maliyyə göstəricilərinin açıqlamasını özündə əks etdirən şəffaflıq göstəricisi üzrə renkinqini hazırlayıb.

"Report"un cari ilin oktyabrın 1-nə olan maliyyə göstəriciləri ilə bağlı sorğu anketi 20 bank tərəfindən cavablandırılıb. Digər banklar isə göstəriciləri ictimaiyyətdən gizlədib.

Belə ki, 46 sualdan ibarət sorğu anketinin bütün suallarına yalnız "Rabitabank" ASC tərəfindən cavab alınıb. Daha sonra isə məlumatların açıqlanmasında şəffaqlıq göstərən banklar sırasında "Express Bank", "Parabank", "Atrabank", "Zaminbank", "Demirbank", "Gunaybank", "Muganbank", "Turanbank" və "Pasha Bank" ilk onluqda yer alıb. "Bank of Baku", "Kapital Bank" isə cəmi 6-7 göstəricini açıqlamaqla kifayətlənib.

Bildirək ki, banklar cəmi kredit və depozit portfelini açıqlasalar da, onun strukturunu açıqlamamağa çalışıblar.

Hansı bankların fəaliyyətini şəffaf, hansının gizli saxlaması, onların hansı göstəriciləri gizlətdiyi ilə aşağıdakı cədvəldə tanış ola bilərsiz

Banklar Şəffaflıq (46 göstəriciyə görə)
Rabitabank 46
Expressbank 43
Parabank 42
Atrabank 42
Zaminbank 38
Demirbank 37
Gunaybank 30
Muganbank 30
Turanbank 25
Accessbank 21
Pasha Bank 20
ASB Bank 19
Caucasian Development Bank 19
Pakistan National Bank 17
SilkwayBank 16
VTB Azerbaijan 15
Bank Respublika 15
Bank Melli Iran-Baku 15
NBC Bank 11
Bank of Baku 7
KapitalBank 6
YapiKredi Bank Azerbaijan 0
Nikoil Bank 0
Azer-Turk Bank 0
Kredobank 0
International Bank of Azerbaijan 0
Unibank 0
XalqBank 0
Bank Technique 0
Bank Avrasiya 0
Accessbank 0
AG Bank 0
Atabank 0
AFB Bank 0
Amrahbank 0
Ganjabank 0
Nahchivan Bank 0
Ziraat Bank Azerbaijan 0
Bank Standard 0
Dekabank 0
Caspian Development Bank 0
BTB 0
United Credit Bank 0
Bank of Azerbaijan 0
Ən cox açıqlanan Banklar                              
Aktivlər 23
Məcmu kapital 21
Kredit portfeli 20
Nizamnamə kapitalı 19
Nəğd vəsaitlər 18
Depozit portfeli 18
Vaxtı keçmiş kreditlər 17
Gəlirlər: 17
faiz gəlirləri 17
qeyri-faiz gəlirləri 17
Xərclər: 17
faiz xərcləri 17
qeyri-faiz xərcləri 17
Mənfəət 16
Müddətli depozitlər: 14
tələb olunanadək 14
xarici valyutada 10
milli valyutada 10
Maliyyə qurumlarına verilən kreditlər  10
Filiallar 9
POS-terminallar 9
Aktiv plastik kartların sayı 9
İstehlak kreditləri 8
Avtomobil kreditləri 8
Qiymətli kağızlara investisiyalar 8
Əhalinin əmanətləri 8
Bankomatlar 8
İşçilərin sayı 8
Müştərilərin sayı: 8
fiziki şəxslər 8
hüquqi şəxslər 8
Debet kartları 8
Kredit kartları 7
1 ilədək kreditlər 6
1 ildən yuxarı kreditlər 6
xarici valyutada kreditlər 6
milli valyutada kreditlər 6
ipoteka kreditlərinin həcmi: 6
xarici valyutada 6
milli valyutada 6
Xarici öhdəliklər 6
İpoteka fondunun xətti ilə kreditlər 5
PR və marketinq xərcləri 5
Orta aylıq əmək haqqı 4

Son xəbərlər

Orphus sistemi