Bakı. 8 noyabr. REPORT.AZ/ "TuranBank" ASC Bakı Metropoliteninin əməkdaşlarını peşə bayramları münasibətilə 11-13 noyabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib. Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il oktyabrın 28-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-i ölkədə metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur.