Azərbaycanda yol vergisi üzrə proqnoz azaldılır
Maliyyə
- 30 may, 2023
- 12:11
Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 125,9 milyon manatı yol vergisi üzrə daxilolmaların payına düşəcək.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,4 % azdır.
Yenilənmiş məbləğin 31,8 %-ni və yaxud 40 milyon manatı Dövlət Gömrük Komitəsi, 68,2 %-ni və yaxud 85,9 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bu isə, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 20 % az və eynidir.
Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.
Son xəbərlər
23:34
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 900 nəfəri keçib
Digər ölkələr23:20
Dövlət Departamenti: Aİ Rusiyadan qaz alışına Ukraynaya yardımdan çox vəsait ayırıb
Digər ölkələr23:01
Merts, Starmer və Makron Londonda Ukrayna üzrə məsləhətləşmələrə qatılacaq
Digər ölkələr22:57
Şəmkirdə qəza baş verib, bir nəfər ölüb
Hadisə22:47
Kobaxidze: Gürcüstana hibrid hücumların məqsədi milli maraqlara zərər vurmaqdır
Region22:32
Tailandda lokomotiv turistləri daşıyan sərnişin qatarına çırpılıb
Digər ölkələr22:27
İran və Misir XİN rəhbərləri telefon danışığında Tehranın nüvə proqramını müzakirə ediblər
Region22:16
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Digər ölkələr21:54