Azərbaycanda yeni nəzarət-kassa aparatları ilə dövriyyə 2 dəfədən çox artıb

Azərbaycanda yeni nəzarət-kassa aparatları ilə dövriyyə 2 dəfədən çox artıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Maliyyə
17 Sentyabr , 2021 18:26
Azərbaycanda yeni nəzarət-kassa aparatları ilə dövriyyə 2 dəfədən çox artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər ölkə ərazisində 45 589 ədəd yeni nəsil NKA quraşdırılıb. Onlardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 mlilyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

Son xəbərlər

Orphus sistemi