Azərbaycanda yeni kollektor agentliyi yaradılıb

Maliyyə
  • 30 oktyabr, 2021
  • 12:01
Azərbaycanda yeni kollektor agentliyi yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Pekuniya Collector Agency" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti, ev.153 (PORT Baku Towers), nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Sevinc Sovet qızı Əhmədovadır.

Qeyd edək ki, Azərbaycanda kollektorlar haqqında qanun olmadığı üçün hazırda fəaliyyət göstərən kollektor şirkətləri yalnız xüsusi xidmət əsasında, yəni öz xidmətlərini təklif edirlər.

Bu xidmətlər kifayət qədər sadə xidmətlərdən ibarətdir. Kifayət qədər sadə xidmətlərdən biri olmasının səbəblərindən biri məhz Azərbaycanda qanunvericilik bazasının formalaşmaması ilə bağlıdır və qanunvericilik bazası formalaşmadığı üçün bu gün istər özəl şirkətlər, istərsə də fərdi sahibkarlar fərdi olaraq kommersiya xidməti təklif edə bilirlər.

Kollektor fəaliyyətinin həyata keçirilməsi sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericiliklə mümkündür.