Azərbaycanda yeni Kart Prosesinq Mərkəzi yaradılıb

Azərbaycanda yeni Kart Prosesinq Mərkəzi yaradılıb Prosesinq Mərkəzinin yaradılmasına 1 mln. dollar sərmayə yatırılıb
Maliyyə
28 Sentyabr , 2015 14:07
Azərbaycanda yeni Kart Prosesinq Mərkəzi yaradılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Plastik kartlarının sayı 515 minə çatan "Unibank" ASC müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq və çeşidini genişləndirmək məqsədi ilə özünün Kart Prosesinq Mərkəzini yaradıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, Kart Prosesinq Mərkəzinin yaradılmasına 1 mln. ABŞ dolları həcmində sərmayə qoyulub.

Bankın Kart Prosesinq Departamentinin rəhbəri İlqar ibrahimov bildirib ki, kartların "Unibank"ın öz prosesinq mərkəzi tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək: "Prosesinq mərkəzimiz "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək. Əminəm ki, bankımızın müştəriləri tezliklə bu yeniliklərin şahidi olacaq və üstün xidmətlərimizdən faydalanacaqlar".

Hazırda baş ofis də daxil olmaqla, "Unibank" 40 filialı ilə müştərilərə xidmət göstərir. Bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var.

Son xəbərlər

Orphus sistemi