Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri 1 393,1 mln. manat, xərcləri 976,5 mln. manat təşkil edib.
“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.
Büdcənin icrasında 416,6 mln. manatlıq və ya ümumi daxili məhsulun 6,9%-i qədər profisit yaranıb.