"Report"un analitik qrupu qeyd edir ki, indeks azalaraq 100%-dən aşağı səviyyəyə düşüb, bu isə hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki ayla müqayisədə azalmasından xəbər verir.
Qeyd edək ki, oktyabr ayında əhaliyə 641,7 mln. manat həcmində pullu xidmətlər göstərilib, sentyabrda isə bu həcm 644,2 mln. manat təşkil edib. Müqayisə üçün bildirək ki, avqust ayında bu göstərici 584,4 mln. manata bərabər olub. Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında əhaliyə 5,403 mlrd. manat dəyərində pullu xidmətlər göstərilib ki, bu da illik müqayisədə 6,6% çoxdur.