Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 3 dəfəyədək artıb

Maliyyə
  • 30 dekabr, 2021
  • 08:44
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 3 dəfəyədək artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın dekabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Təkcə noyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 151,1 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 6,5 dəfə çoxdur.

44 filmi