Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1 % artıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1 % artıb Bu ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 991,2 milyon manatlıq əməliyyat aparıb.
Maliyyə
30 Dekabr , 2023 12:44
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1 % artıb

Bu ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 991,2 milyon manatlıq əməliyyat aparıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.

Təkcə bu ilin noyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 181,8 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 15 % çoxdur.

Son xəbərlər

Orphus sistemi