Azərbaycanda bir neçə bank VTB kartları ilə əməliyyatlara məhdudiyyət qoyub

Maliyyə
  • 27 aprel, 2022
  • 07:45
Azərbaycanda bir neçə bank VTB kartları ilə əməliyyatlara məhdudiyyət qoyub

Ölkə ərazisində fəaliyyət göstərən bir neçə bank tərəfindən öz bankomatlarında və POS-terminallarında Rusiyanın "Bank VTB"nin törəməsi - "Bank VTB"nin (Azərbaycan) kartları ilə aparılan əməliyyatlara limitlər qoyulub.

Bu barədə “Report”a bankdan məlumat verilib.

Qeyd olunub ki, "Bank VTB" (Azərbaycan) öz kartlarına Azərbaycan Respublikası ərazisində fəaliyyətinə məhdudiyyət qoymayıb:

“Müştərilərin nağdsız ödənişlər və nağd pul çıxarılması ilə bağlı çətinlikləri varsa, ekvayer banklarla əlaqə saxlamağı tövsiyə edirik”.

Məlumatda qeyd olunub ki, "Bank VTB" (Azərbaycan) müştərilərə kredit verməyi bir gün də dayandırmayıb.

Xatırladaq ki, "Bank VTB" (Azərbaycan) 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995 %-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005 %-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

44 filmi