Azərbaycanda vergi daxilolmaları 5% artıb

Azərbaycanda vergi daxilolmaları 5% artıb Yarım il ərzində Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5% əməl olunub
Maliyyə
8 İyul , 2017 11:50
Azərbaycanda vergi daxilolmaları 5% artıb
Report

Bakı. 8 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın vergi ödəyiciləri dövlət büdcəsinə 3 352,376 mln. manat məbləğində vəsait ödəyib.

Bu barədə “Report”a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 162 min manat və yaxud 5,1% çoxdur.

Yarım il ərzində Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5% əməl olunub.

Son xəbərlər

Orphus sistemi